Bank Of Baku

Türkiyə Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı almağı planlaşdırır

Türkiyə Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı almağı planlaşdırır
# 13 mart 2012 16:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıdakı 10 il içində aviadaşıyıcı gəmi almağı planlaşdırır. APA-nın məlumatına görə, bu barədə Türkiyə HDQ-nin komandanı, ordu admiralı Murad Bilgəl ABŞ-ın Dəniz Qüvvələri Akademiyasının “Proceedings” jurnalına açıqlamasında deyib. Admiral bildirib ki, yaxın onillikdə Türkiyə aviadaşıyıcı ilə yanaşı, savaş dəstək gəmiləri, çoxfunksiyalı freqatlar, pilotsuz helikopterlər və uzun müddət su altında qala bilən sualtı qayıqlar əldə etməyi nəzərdə tutub.

Qeyd edək ki, Türkiyə 140 metr uzunluğunda 24 min tonluq aviadaşıyıcı almağı planlaşdırılır. Bu gəminin 1,5 milyard dollar dəyərində olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR