Bank Of Baku

Fransa: Suriyada hərbi əməliyyat istisna olunur

Fransa: Suriyada hərbi əməliyyat istisna olunur
# 16 mart 2012 21:54 (UTC +04:00)
Bakı-APA. Suriyadakı vəziyyəti nizamlamaq üçün xarici hərbi müdaxilə istisna olunur. APA-nın məlumatına görə, Fransanın xarici işlər naziri Alen Jüppe «Le Monde» qəzetinə müsahibəsində belə deyib.

«Mən əvvəlkitək fikirləşirəm ki, hərbi nizamlama üçün imkan yoxdur. Bizim üçün BMT mandatı olmadan belə bir əməliyyatın başlanması istisna olunur, mandatın alınması üçün zəruri şərtlər isə yoxdur», deyə o əlavə edib.

Alen Jüppe Suriyadakı vəziyyəti «dəhşət» adlandırıb.

«Biz Kofi Annan və onun missiyasını dəstəkləyirik, lakin Dəməşqin müxtəlif manevrlərlə bizi aldatmasına yol verməyəcəyik», deyə Jüppe bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR