Bank Of Baku

Fransada keçmiş baş nazir Vilpen prezidentlik iddialarından geri çəkilib

Fransada keçmiş baş nazir Vilpen prezidentlik iddialarından geri çəkilib
# 17 mart 2012 00:50 (UTC +04:00)
Bakı-APA. Fransanın keçmiş baş naziri Dominik de Vilpen prezidentlik iddialarından geri çəkilib. Vilpen seçkidə iştirak etmək üçün zəruri olan imzaları toplaya bilməyib və namizəd ola bilməyəcəyini açıqlayıb.

Fransada prezident olmaq istəyənlər Konstitusiya şurasına 500 mer, deputat və senator imzası təqdim etməlidirlər.

Martın 19-da Konstitusiya şurasının sədri Jan-Lui Debre rəsmi surətdə prezidentliyə namizədlərin adlarını açıqlayacaq.

Prezident seçkilərinin ilk turu aprelin 22-də keçirilməlidir. Əsas mübarizənin hazırkı prezident Nikolya Sarkozi ilə sosialist Fransua Olland arasında gedəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR