Bank Of Baku

Vatikan ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyib

Vatikan ABŞ-ın Kubaya qarşı embarqosunu pisləyib
# 17 mart 2012 02:56 (UTC +04:00)
Bakı-APA. Vatikan Kubanın Birləşmiş Ştatlar tərəfindən iqtisadi blokadaya alınmasını pisləyir. APA-nın məlumatına görə, bu barədə Vatikanın rəsmi nümayəndəsi Federiko Lombardi bəyan edib.

«Vatikan hesab edir ki, embarqo insanları əziyyət çəkməyə məcbur edir və xeyirxah məqsədlərə xidmət etmir», deyə Lombardi bildirib.

Xatırladaq ki, bu il martın 26-18-də Roma papası XVI Benedikt Kubaya səfər etməlidir. Roma-katolik kilsəsinin başçısı ikinci dəfədir ki, Azadlıq adasına gedəcək. 14 il əvvəl Papa Papa II İoann Pavel də Kubada olub. XVI Benedikt Kubanın iki böyük şəhərində dini mərasimlərə qatılacaq və ölkənin lideri Raul Kastroyla görüşəcək.

ABŞ Kubaya qarşı sanksiyaları 1961-ci ildən etibarən tətbiq etməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR