Bank Of Baku

Böyük Britaniya İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyəcəyini bəyan edib

Böyük Britaniya İsrailin İrana hərbi müdaxiləsini dəstəkləməyəcəyini bəyan edib
# 17 mart 2012 03:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrailin İrana hərbi müdaxiləsini dəstəkləmirik”. APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kameron deyib. O bildirib ki, Böyük Britaniya İsraillə dostdur. Lakin hazırkı vəziyyətdə İsrail İrana hücum etməkdən çəkinməlidir: “İsrailin ABŞ və Böyük Britaniya kimi güclü müttəfiqləri var. Lakin İsrailə də dediyimiz kimi, bu gün üçün İrana hərbi müdaxiləni dəstəkləməyəcəyik. Çünki İrana qarşı sanksiyaları daha da ağırlaşdırmaq imkanlarımız var”. D. Kameron İranın mübahisəli nüvə proqramı ilə bağlı da fikirlərini bildirib: “Əgər İran nüvə proqramından hərbi məqsədlər üçün istifadə etməsə, digər dünya ölkələri ilə normal münasibətlər qura biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR