Bank Of Baku

İranın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

İranın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
# 17 mart 2012 22:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyədə yaşayan əslən İrandan olan azərbaycanlı siyasi mühacirlərin və azərbaycanlı tələbələrin iştirakı ilə İranın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Bu barədə APA-ya Türkiyədə yaşayan və əslən Ərdəbildən olan azərbaycanlı siyasi mühacir Siyamək Babanejad məlumat verib. O bildirib ki, İranda azərbaycanlı fəalların, jurnalistlərin həbsinə, insan haqlarının pozulmasına etiraz olaraq 17 mart 2012-ci ildə yerli vaxtla saat 11:30-da aksiya iştirakçıları Kuğulu parkına toplaşaraq oradan İranın Ankaradakı səfirliyinin qarşısınadək əllərində plakatlarla yürüş keçiriblər: “Bu aksiyanın heç bir quruma və təşkilata bağlılığı yoxdur. Tədbiri Türkiyədə yaşayan azərbaycanlı siyasi mühacirlər və tələbələr olaraq birgə təşkil etdik. Piketdə həbsdə olan azərbaycanlı fəalların fotoları və şüarlar yazılan plakatlar da nümayiş olundu. Tələbimiz zindanda olan fəalların və jurnalistlərin dərhal azadlığa buraxılması, İranda azərbaycanlıların məruz qaldığı hüquq pozuntularının aradan qaldırılması, ana dilində təhsil almaq haqqımızın təmin edilməsidir. Aksiyada İranda jurnalistlərin həbsinə etiraz olaraq qələmlər sındırdıq”. S. Babanejad əlavə edib ki, piketin sonunda Əlirza Muxtaroğlu tərəfindən bəyanat oxunulub və media mənsublarına paylanılıb. Aksiya insidentsiz başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR