Bank Of Baku

Türkiyənin Şırnak vilayətində PKK-ya qarşı keçirilən əməliyyatda şəhid olan polislərin sayı 6-ya çatıb, 7 terrorçu öldürülüb

Türkiyənin Şırnak vilayətində PKK-ya qarşı keçirilən əməliyyatda şəhid olan polislərin sayı 6-ya çatıb, 7 terrorçu öldürülüb
# 22 mart 2012 11:55 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şırnak vilayətindəki Çudi dağında son günlər həyata keçirilən əməliyyatlarda şəhid olan polislərin sayı 6-ya çatıb, 7 terrorçu öldürülüb. İkisi əsgər olmaqla təhlükəsizlik qüvvələrinin 10 əməkdaşı yaralanıb. Məlumata görə, təhlükəsizlik qüvvələrinə məxsus helikopterlər Çudi dağında terrorçuların məskunlaşdığı sahələri atəş altında saxlayır, ərazilər bombalanır.

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin və digər yüksək rütbəli şəxslər bu gün təyyarə ilə Diyarbəkirə gediblər. Onlar buradan şəhid olan polislərin dəfn mərasimində iştirak etmək üçün Şırnaka yola düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR