Bank Of Baku

Fransa polisi Tuluzada yəhudi məktəbinə hücum edərək 4 nəfəri qətlə yetirən terrorçunu öldürüb

Fransa polisi Tuluzada yəhudi məktəbinə hücum edərək 4 nəfəri qətlə yetirən terrorçunu öldürüb
# 22 mart 2012 12:09 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Mera bir neçə saat ərzində rabitəyə çıxmadıqda, xüsusi təyinatlılar onun evinə hücum ediblər. Hücum zamanı atışma baş verib. Terrorçunun açdığı cavab atəşi nəticəsində 3 polis əməkdaşı yaralanıb. Onlardan biri ağır vəziyyətdir.

Polis divarı dağıtmaq üçün partlayıcıdan istifadə edib. Terrorçu atışmada öldürülüb. Onun öldürüldüyünü artıq prezident Nikola Sarkozi və əməliyyata rəhbərlik edən Klod Qean da rəsmən təsdiqləyib.

Qeyd edək ki, M. Mera martın 19-da Tuluzada yəhudi məktəbinə gələrək, şagirdlərə, valideynlərə və müəllimlərə atəş açıb. Nəticədə 30 yaşlı müəllim, onun iki uşağı və məktəb direktorunun qızı ölüb, 17 yaşlı yeniyetmə ağır yaralanıb.

Hadisə yerindən qaçan M. Mera Tuluzadakı evində gizlənib. Marın 21-dən onun evi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR