Bank Of Baku

Avropa Birliyi İran, Belarus və Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avropa Birliyi İran, Belarus və Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
# 23 mart 2012 16:24 (UTC +04:00)
APA-nın məlumatına görə, yığıncaqda İran, Suriya və Belarusa qarşı yeni sanksiyalar tətbiq olunub.

AB siyahısını genişləndirərək daha 18 iranlını “qara siyahı”ya salıb. Bununla da qurumun sanksiyasına məruz qalmış İranın fiziki və hüquqi şəxslərinin sayı 79 nəfərə çatıb. Ancaq onların adları hələlik açıqlanmayıb. Bundan əvvəl isə AB İranın 61 vətəndaşına qarşı sanksiyalar tətbiq etmişdi. Sanksiyaya görə, insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandırılan həmin şəxslərin AB ölkələrinə girişi qadağan edilib, eləcə də onların Avropadakı bank hesabları dondurulub.

Bundan əlavə, İrana telefon zənglərinə qulaq asmaq, internet-trafikə nəzarətə imkan verən qurğuların və proqramların satışı da qadağan edilib. Eyni zamanda bu il yanvarın 23-də əldə olunmuş razılaşmaya əsasən, İrandan neft və neft məhsullarının alınmasının məhdudlaşdırılması, İran Mərkəzi Bankının aktivlərinin dondurulması da tədbirlər paketində əksini tapıb. Sanksiyalar martın 24-dən qüvvəyə minəcək. Qeyd edək ki, AB-yə üzv ölkələr bu il iyulun 1-nə qədər İrandan neft almağı tam dayandırmalıdırlar.

Bundan əlavə, AB-yə üzv ölkələrin xarici işlər nazirləri Belarus vətəndaşlarına da qarşı sanksiyaları təsdiqləyib. Daha 12 Belarus vətəndaşına AB ölkələrinə giriş qadağan edilib, onların Avropadakı bank hesabları dondurulub. Məhdudlaşdırıcı tədbirlər Belarusun bir neçə şirkətinə də şamil edilib.

Eyni zamanda Suriyaya dair də yeni sanksiyalar dəstəklənib. Suriya “qara siyahısı”nda da 12 nəfərin adı var. Onların arasında Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə və onun bir neçə qohumuna, eləcə də yaxın ətrafından bir neçə nəfərə qarşı sanksiyalar tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR