Bank Of Baku

Yunanıstan türk hərbi gəmisinin onun dəniz sərhədini pozduğunu bəyan edib

Yunanıstan türk hərbi gəmisinin onun dəniz sərhədini pozduğunu bəyan edib
# 24 mart 2012 21:52 (UTC +04:00)
Bakı-APA. Türkiyə Hərbi-Dəniz qüvvələrinin freqatı Yunanıstanın dəniz sərhədini pozub. Bu barədə Yunanıstanın müdafiə nazirliyi bəyan edib.

Məlumata görə, «Qaziantep» freqatı Egey dənizində Kifnos adasından cənubda Yunanıstanın ərazi sularına daxil olub və ərazini 3 saat yarımdan sonra tərk edib. Hazırda türk gəmisi beynəlxalq sulardadır.

Məlumatda bildirilir ki, Yunanıstan gəmiləri və qırıcıları türk freqatının hərəkətlərini diqqətlə izləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR