Bank Of Baku

Avropa Birliyinin sanksiyasına məruz qalmış İranın bəzi dövlət rəsmilərinin adları açıqlanıb

Avropa Birliyinin sanksiyasına məruz qalmış İranın bəzi dövlət rəsmilərinin adları açıqlanıb
# 26 mart 2012 07:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Martın 23-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilmiş Avropa Birliyi (AB) xarici işlər nazirlərinin toplantısında İranın 18 fiziki və hüquqi şəxsinə qarşı yeni sanksiya tətbiq edilib. APA-nın məlumatına görə, onların arasında İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur, İRİB dövlət teleradiosunun rəhbəri İzzətulla Zərqami və İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricaninin də adı var.

Qeyd edək ki, AB-nin son qərarı ilə sanksiyaya məruz qalmış İranın fiziki və hüquqi şəxslərinin sayı 79 nəfərə çatıb. Sanksiyaya görə, insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandırılan həmin şəxslərin AB ölkələrinə girişi qadağan edilib, eləcə də onların Avropadakı bank hesabları dondurulub.

Bundan əlavə, İrana telefon zənglərinə qulaq asmaq, internet-trafikə nəzarətə imkan verən qurğuların və proqramların satışı da qadağan edilib. Eyni zamanda bu il yanvarın 23-də əldə olunmuş razılaşmaya əsasən, İrandan neft və neft məhsullarının alınmasının məhdudlaşdırılması, İran Mərkəzi Bankının aktivlərinin dondurulması da tədbirlər paketində əksini tapıb.

Onu da əlavə edək ki, AB-yə üzv ölkələr bu il iyulun 1-nə qədər İrandan neft almağı tam dayandırmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR