Bank Of Baku

İnterpol 4 iranlı barədə həbs qərarı çıxarıb

İnterpol 4 iranlı barədə həbs qərarı çıxarıb
# 27 mart 2012 03:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İnterpol İsrailin Hindistandakı səfirliyinin qarşısında avtomobilə bomba yerləşdirməkdə təqsirləndirilən 4 iranlı barədə həbs qərarı çıxarıb. APA-nın “əl-Ərəbiyyə” saytına istinadən məlumatına görə, İnterpol dünyanın 109 ölkəsindən Məhəmmədrza Qasımi, Hüseyin Afşar İrani, Seyidəli Mehdiyan Sədr və Məsud Sədaqətzadənin həbsini istəyib. Bu şəxslərin fotoları İnterpolun saytında yerləşdirilib.
Qeyd edək ki, bir israilli diplomatın yaralandığı partlayışda İsrail İranı günahlandırıb. Hadisədən sonra Hindistan hökuməti İsrail diplomatına qarşı terror əməliyyatı törədən İran vətəndaşlarının həbsi üçün İnterpola müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR