Bank Of Baku

Almaniyanın müdafiə naziri: “İrana hücum etmək İsrail və bölgə üçün çox böyük riskdir”

Almaniyanın müdafiə naziri: “İrana hücum etmək İsrail və bölgə üçün çox böyük riskdir”
# 27 mart 2012 08:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyada səfərdə olan İsrailin müdafiə naziri Ehud Barakın Berlində Almaniyanın müdafiə naziri Tomas de-Mezyerlə görüşü zamanı əsas müzakirə mövzularından biri İran olub. APA-nın məlumatına görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Jurnalistlərin suallarını cavablandıran Tomas de-Mezyer İsrailin İrana hücum etməsinə qarşı çıxaraq belə bir addımın İsrail və bölgə üçün çox böyük risk olduğunu bildirib.

E. Barakın Almaniya səfərini dəyərləndirən Yaşıllar Partiyasının liderlərindən Yurgen Trittin də İrana hərbi müdaxilənin yolverilməz olduğunu deyib: “İrana hücum etmək İsrail və bölgə üçün fəlakət olar. Almaniya hökuməti bununla bağlı İsrailə xəbərdarlıq edib. Almaniyanın bu mövqeyi diqqətdən kənarda qalmamalıdır. İranın nüvə proqramı araşdırılır və hələlik bu proqramın hərbi məqsədlər üçün istifadəsi ilə bağlı dəqiq bir qərar yoxdur. Hələlik İranı nüvə silahı istehsal etmək niyyətindən daşındırmaq üçün yol var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR