Bank Of Baku

İtaliyada Qəddafi ailəsinin 1,1 milyard avroluq var-dövləti müsadirə olunub

İtaliyada Qəddafi ailəsinin 1,1 milyard avroluq var-dövləti müsadirə olunub
# 29 mart 2012 04:47 (UTC +04:00)
Bakı-APA. İtaliyada Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ailəsinin 1,1 milyard avroluq aktivləri müsadirə olunub.

Qəddafi və onun yaxın tərəfdarlarının ailələrinə məxsus səhmlərin, bank hesablarının, daşınmaz və daşınar əmlakın müsadirəsi Haaqadakı beynəlxalq məhkəmənin tələbi ilə həyata keçirilib.

Müsadirə olunan aktivlər arasında İtaliyanın Unicredit bankının səhmlərinin 1,25%-i, Finmeccanica sənaye qrupunun aksiyalarının 2,1%-i, Eni enerji konserninin səhmlərinin 0,58%-i, Fiat şirkətinin səhmlərinin 0,33%-i, həmçinin «Yuventus» futbol klubunun səhmləri var.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ötən ilin oktyabrında üsyançılar tərəfindən qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR