Bank Of Baku

İstanbulda “Suriyanın dostları” qrupunun toplantısı başlayıb-FOTO

İstanbulda  “Suriyanın dostları” qrupunun toplantısı başlayıb-<font color=red>FOTO</font>
# 01 aprel 2012 11:59 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. Bu gün İstanbulda “Suriyanın dostları” qrupunun ikinci toplantısı öz işinə başlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, toplantının açılışında çıxış edən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını, ancaq hazırda Suriyada baş verənlərə göz yuma bilməyəcəklərini biidirib: “Dünənə qədər Türkiyəyə sığınan Suriya vətəndaşlarının sayı 20 minə yaxınlaşıb. Suriyada yaşananlar qarşısında beynəlxalq ictimaiyyətin hərəkətə gəlməsi artıq qaçınılmazdır. Hər şeydən əvvəl, Suriya xalqına sistematik şəkildə humanitar yardım edilməlidir. Əlbəttə, BMT-nin və Ərəb Liqasının xüsusi təmsilçisi Kofi Annanın təşəbbüsünün uğur qazanmasını ürəkdən arzu edirik. Ancaq istər biz, istərsə də beynəlxalq qurumlar ehtimal edir ki, Suriya hakimiyyəti Kofi Annanın təşəbbüsündən vaxt qazanmaq üçün istifadə edəcək. Əgər BMT Təhlükəsizlik Şurası öz üzərinə düşən tarixi missiyadan bir daha boyun qaçırarsa, beynəlxalq ictimaiyyətin Suriya xalqının leqal müdafiə haqqının dəstəkləməsindən başqa heç bir alternativi qalmayacaq”.

Ərdoğan beynəlxalq qüvvələrin Suriyaya geosiyasi mənafe prizmasından baxmasını rədd etdiklərini bildirib: “Biz bölgədəki hər cür mənafe axtarışlarını əlimizin dalıyla bir tərəfə itələyirik”.

Ərdoğan Suriya Milli Şurasını Suriyanın leqal təmsilçisi kimi tanıdıqlarını, “Misaqi-milli xartiyası”nın əsas sənəd olduğunu xatırladıb: “Türkiyə dost və qardaş Suriya xalqının yanında yer tutmağa davam edəcək. “Suriyanın dostları” qrupuna daxil olan o biri ortaqlarımızın da eyni şəkildə qərarlı davranacağına şübhə etmirik.Suriyada hörmətli Annana verilən söz hələ də yerinə yetirilməyib”.

“Suriyanın dostları” qrupunun ilk toplantısı fevralın 24- də Tunisdə keçirilib. İstanbulda keçirilən ikinci toplantıda 82 ölkə təmsil olunur. Toplantıda 41 ölkə xarici işlər nazirləri səviyyəsində təmsil olunur, onların arasında ABŞ dövlət katibi Hillari Klinton, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da var.

Konfrans keçirildiyi konqres mərkəzinin qarşısında isə Suriyanın hazırkı hakimiyyətini dəstəkləyən bir qrup şəxs etiraz aksiyası keçirməyə cəhd edib. Əllərində Suriya bayraqları və prezident Bəşar Əsədin portretini tutan etirazçılar etiraz üçün ölkələrindən gəldiklərini deyiblər.
Polis aksiya iştirakçılarına müdaxilə edib, onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR