Bank Of Baku

İsveçrə prokurorluğu Egemen Bağışa qarşı cinayət işini ləğv edib

İsveçrə prokurorluğu Egemen Bağışa qarşı cinayət işini ləğv edib
# 02 aprel 2012 20:41 (UTC +04:00)
Bakı-APA. İsveçrənin Sürix şəhərinin prokurorluğu Türkiyənin Avropa Birliyi (AB) naziri və Baş müzakirəçi Egemen Bağış haqqında başlamış istintaqı dayandırıb.

«Türkiyənin Avropa ilə əlaqələr naziri Egemen Bağışın 2012-ci il yanvarın 30-da etdiyi çıxış zamanı 1915-ci il hadisələri ilə bağlı olaraq Fransada keçirilən parlament səsverməsinə qarşı dediyi sözlər həm çap mediasında, həm də dövlət televiziyasında yer alıb. İsveçrə xarici işlər nazirliyi ilə keçirdiyimiz görüşlər nəticəsində Egemen Bağışın sözügedən çıxış etdiyi vaxt diplomatik toxunulmazlığının olduğu qərarına gəlmişik. Bu səbəbdən Bağışa qarşı hər hansı bir cinayət işinin başlanmasından söhbət gedə bilməz», deyə prokurorluğun yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, Egemen Bağışın Davos Dünya İqtisadi Forumundan qayıdarkən Sürixdə dediyi «erməni soyqırımı yoxdur. Gəlib məni tutsunlar» sözlərinə görə İsveçrə erməni icmasının şikayəti əsasında prokurorluq İsveçrə cinayət məcəlləsinin 261-ci maddəsinin pozulması (soyqırımı inkar etmə) iddiası ilə cinayət işi açmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR