Ankarada Dünya Güney Azərbaycan Türklərinin I Forumu keçiriləcək
04 aprel 2012 02:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. 2012-ci ilin mayın 12-13-də Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Güney Azərbaycan Türklərinin I Forumu keçiriləcək. Bu barədə APA-ya beynəlxalq forumun təşkilatçılarından biri, İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib. O bildirib ki, mayın 12-də başlayacaq iki günlük foruma dünyanın 50 ölkəsində yaşayan azərbaycanlılar qatılacaq: “Tədbirin adı “Dünya Güney Azərbaycan Türklərinin I Forumu” olsa da, güneyli-quzeyli fərqi olmadan bütün soydaşlarımız iştirak edəcək. Tədbirin heç bir dövlətlə, təşkilatla, partiya ilə bağlılığı yoxdur. Forumda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların nümayəndələri çıxış edərək təmsil etdikləri diasporun problemləri haqqında məlumat verəcək. Diaspor olaraq da bir-birimizi yaxından tanımalı və əməkdaşlığımızı artırmalıyıq. Azərbaycanın dünyada nüfuzunun artması üçün milli birliyə çox ehtiyac var”.
C. Məmmədxanoğlu forumun hər bir azərbaycanlı üçün açıq olduğunu vurğulayıb.
C. Məmmədxanoğlu forumun hər bir azərbaycanlı üçün açıq olduğunu vurğulayıb.
Avropa
Zurabişvili Makronu Gürcüstana dəvət edib
12:33
19 may 2024
AEBA Zaporojye AES-ə hücumlara görə məsuliyyət daşıyanların adlarını hansı şərtlərlə açıqlayacaqlarını bildirib
09:59
19 may 2024
Ukrayna Donetsk vilayətində Rusiyanın “Su-25” hücum təyyarəsini vurub
03:48
19 may 2024
Polşa Belarus və Rusiya ilə sərhədi möhkəmləndirmək üçün 2,6 milyard dollar xərcləyəcək
02:26
19 may 2024