Bank Of Baku

Avropa Birliyi Ukrayna parlamentinə seçkilərin legitimliyini tanımaq üçün şərt irəli sürmədiyini açıqlayıb

Avropa Birliyi Ukrayna parlamentinə seçkilərin legitimliyini tanımaq üçün şərt irəli sürmədiyini açıqlayıb
# 04 aprel 2012 16:28 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi Ukrayna Ali Radasına seçkilərin legitimliyini yalnız bütün müxalifət liderləri seçkilərdə iştirak edəcəyi təqdirdə tanıyacağı barədə şərt irəli sürməyib. APA-nın məlumatına görə, AB-nin bu mövqeyinin qurumun Ukraynadakı nümayəndəliyinin rəhbəri, səfir Joze Manuel Pintu Teyşeyra açıqlayıb.

Ukrayna mətbuatı səfirin iki ay əvvəl tam fərqli bir bəyanatla çıxış etdiyini, parlament seçkilərinin yalnız bütün müxalifət liderlərinin iştirakı təmin olunacağı halda legitim olacağı bəyanatı irəli sürdüyünü yazır. Xatırladaq ki, Ukrayna müxalifətinin formal lideri, “Batıkivivşina” partiyasının sədri Yuliya Timoşenko yeddi il müddətinə azadlıqdan məhrum edilib, digər nüfuzlu müxalifətçi, sabiq daxili işlər naziri Yuri Lutsenko da həbsdədir.

Səfir bildirib ki, Avropa Birliyi Ukraynada müxalifətin təqib olunmasından narahatdır, lakin qurum legitimliyin tanınması üçün şərt irəli sürməyib. Yerli ekspertlərin hesablamalarına görə, müxalifət seçkilərə vahid siyahı ilə gedəcəyi təqdirdə 35 faiz, hakim Regionlar Partiyası isə 25 faiz səs toplamaq imkanına malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR