Bank Of Baku

Slovakiyada yeni hökumət təyin olunub

Slovakiyada yeni hökumət təyin olunub
# 05 aprel 2012 01:45 (UTC +04:00)
Bakı-APA. Slovakiya prezidenti İvan Qaşparoviç yeni hökumətin təyin olunması barədə sərəncam verib. Yeni hökumətdə baş nazir vəzifəsini Robert Fitso tutacaq. Fitso artıq 2006-10-cu illərdə bu vəzifəni icra edib. Robert Kalinyak, Peter Kajimir və Miroslav Layçak baş nazirin müavinləri vəzifələrinə təyin olunublar. Yeni hökumət solçu «Smer-SD» partiyası tərəfindən təşkil olunur.

Martın 10-da keçirilmiş parlament seçkilərində «Smer-SD» partiyası səslərin 44,41%-ni qazanaraq qalib gəlib. 1989-cu ildə demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra Slovakiyada ilk dəfədir ki, birpartiyalı hökumət formalaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR