Bank Of Baku

Türk mədəniyyətinə həsr olunan yeni elmi jurnal nəşr edilib

Türk mədəniyyətinə həsr olunan yeni elmi jurnal nəşr edilib
# 08 aprel 2012 03:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Türkiyədə Uluslararası Türkçə Ədəbiyyat Mədəniyyət Təhsil Jurnalı nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, jurnalın təsisçisi və redaktoru mərhum Borçalı alimi Valeh Hacilar adına Vegfin rəhbəri professor Cengiz Alyılmazdır. Jurnalın ildə dörd dəfə nəşr edilməyi nəzərdə tutulur. Jurnalda Türk dili, Türk ədəbiyyatı, dil-mədəniyyət və təhsil elmləri ilə əlaqədar xüsusi elmi araşdırmaya söykənən məqalələrə geniş yer veriləcək.
Jurnal Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən bir çox universitetdə dil, ədəbiyyat və təhsil elmləri sahələrində çalışan mütəxəssis alimləri elmi bir platformada görüşdürməyi nəzərdə tutub.
Jurnalda eyni zamanda türk, ingilis və rus dillərində məqalələr də dərc ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR