Əhməd Davudoğlu: Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün hazırdır
11 aprel 2012 23:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələrin müsbət nəticələnməsi üçün hər cür yardım etməyə hazırdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyə İranla “altılıq” ölkələri arasında keçiriləcək müzakirələr üçün hazırdır: “İranın nüvə proqramının sülh yolu ilə həllinin ən yaxşı yol olduğuna inanıram. Türkiyə hər cür kütləvi qırğın silahına qarşıdır”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yeni müzakirələr mərhələsi aprelin 14-də İstanbulda başlayacaq.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında yeni müzakirələr mərhələsi aprelin 14-də İstanbulda başlayacaq.
Avropa
İspaniya Baş naziri Fələstinin müstəqilliyini tanıyacaqlarını təkzib edib
16:12
17 may 2024
Britaniya Şimali Koreya ilə əməkdaşlıq edən 2 Rusiya şirkətinə sanksiyalar tətbiq edib
14:14
17 may 2024
KİV: Macarıstan Aİ-də xarici agentlərlə bağlı qanunun qəbulunu təklif edəcək
14:02
17 may 2024
Orban: Fitso həyatla ölüm arasındadır
12:54
17 may 2024