Bank Of Baku

Avropa Birliyinin rəsmi nümayəndəsi: “İranla aparılan danışıqların birinci hissəsi çox konstruktiv keçdi”

Avropa Birliyinin rəsmi nümayəndəsi: “İranla aparılan danışıqların birinci hissəsi çox konstruktiv keçdi”
# 14 aprel 2012 13:47 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri İranın nüvə proqramı ilə bağlı İstanbulda İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələr haqda jurnalistlərə açıqlama verən Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Ketrin Eştonun mətbuat katibi Maykl Mann deyib. O, danışıqların ikinci hissəsinin də müsbət atmosferdə keçəcəyinə ümid bəslədiklərini söyləyib. M. Mann danışıqlar bitdikdən sonra K. Eştonun və İran nümayəndə heyətinin rəhbəri Səid Cəlilinin ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklərini açıqlayıb.

Qeyd edək ki, Avropa Birliyi nümayəndə heyəti İran nümayəndə heyətinə ikitərəfli görüş keçirməyi də təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR