Bank Of Baku

Gürcüstanda milyarder iş adamı Bidzina İvanişvilinin yaratdığı partiya qeydə alınıb

Gürcüstanda milyarder iş adamı Bidzina İvanişvilinin yaratdığı partiya qeydə alınıb
# 08 may 2012 11:04 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Ədliyyə Nazirliyi milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyasını qeydə alıb. APA-nın xəbərinə görə, aprelin 21-də müxalifətçi “Gürcü arzusu” koalisiyasının lideri B. İvanişvili “Gürcü arzusu – demokratik Gürcüstan” adlı siyasi partiya təsis edib. İş adamı Gürcüstan vətəndaşı olmadığı üçün partiyaya hüquq müdafiəçisi, vəkil Manana Kobaxidze sədr seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR