Bank Of Baku

Avrokomissiya: «Yunanıstan avro zonasını tərk etməlidir»

Avrokomissiya: «Yunanıstan avro zonasını tərk etməlidir»
# 12 may 2012 02:50 (UTC +04:00)
Bakı-APA. Yunanıstan daha öncə 17 Avropa Birliyi ölkəsi tərəfindən təsdiq olunmuş büdcə öhdəliklərini yerinə yetirə bilmirsə, avro zonasını tərk etməlidir. APA-nın məlumatına görə, bu barədə Avrokomissiyanın başçısı Joze Manuel Barrozu bəyan edib.

«Əgər razılaşmalara hörmət edilmirsə, bu o deməkdir ki, həmin şərtlərə əməl etməyən ölkəylə münasibətlərin saxlanılması üçün səbəb yoxdur. Mən yunan demokratiyasına və parlamentinə hörmət edirəm, lakin mən Afinaya yardım planını təsdiq etmiş avrozonanın digər ölkəsinin parlamentinə də hörmət etməliyəm», deyə Barrozu qeyd edib.

«Avrozona özünəməxsus klubdur və onun çərçivəsində əldə olunmuş razılaşmalara əməl olunmalıdır. Əgər hansısa ölkə qaydalara əməl etmirsə, bu klubu tərk etsə yaxşıdır», deyə o əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR