Bank Of Baku

Vyanada İranla MAQATE arasında müzakirələrin birinci mərhələsi başa çatıb

Vyanada İranla MAQATE arasında müzakirələrin birinci mərhələsi başa çatıb
# 14 may 2012 20:39 (UTC +04:00)
Könül Cəfərli – APA. Avstriyanın paytaxtı Vyana şəhərində İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) arasında keçirilən müzakirələrin birinci mərhələsi başa çatıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, qapalı qapılar arxasında aparılan danışıqlar barəsində mediaya ətraflı məlumat verilməyib. Yalnız görüşdə iştirak edən MAQATE-nin bir nümayəndəsi bildirib ki, müzakirələrdə İran və agentlik arasındakı indiyədək mövcud olan və həll edilməyən problemlərin cavabı və xüsusi ilə də Tehranın nüvə obyektlərinə ehtimal edilən hərbi müdaxilə ilə bağlı danışıqlar aparılıb. İranın BMT-nin Vyana ofisi nəzdindəki daimi təmsilçiliyində keçirilən müzakirələrdə MAQATE adından qurumun baş direktorunun müavini Herman Nakertsin, İran heyəti isə Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyənin sədrliyə ilə qatılıb.
Qeyd edək ki, İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı Vyana görüşünün ikinci mərhələsi sabah keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR