Bank Of Baku

Bosniyada soyqırım törətməkdə günahlandırılan general Ratko Mladiç üzərində məhkəmə prosesi başlayıb

Bosniyada soyqırım törətməkdə günahlandırılan general Ratko Mladiç üzərində məhkəmə prosesi başlayıb
# 16 may 2012 11:37 (UTC +04:00)
Bakı – APA. Mayın 16-da Hollandiyanın Haaqa (Den Haag) şəhərindəki beynəlxalq məhkəmədə Bosniyada hərbi cinayətlər və soyqırım törətməkdə günahlandırılan general Ratko Mladiç üzərində məhkəmə prosesi başlayıb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, prosesi açan prokuror Dermot Qroome bildirib ki, R. Mladiçin məqsədi Bosniyada etnik təmizlik həyata keçirmək olub. O, 1992-ci ildə 14 yaşlı oğlan uşağının atası və dayısının serblər tərəfindən öldürülməsinin tarixçəsinə diqqət çəkərək deyib ki, Bosniya müharibəsinin başladığı 1995-ci ilə qədər Mladiç və onun ordusu qatillik sənətini yaxşı mənimsəyib.

Generala ümumilikdə 11 ittiham irəli sürülüb. Əsas ittiham 1995-ci ildə Bosniyanın Srebrenitsa şəhərində 8 min müsəlmanın öldürülməsi ilə bağlıdır. Bundan başqa, paytaxt Sarayevonun Mladiçin ordusu tərəfindən 44 aylıq mühasirəsi zamanı şəhərdə 10 min dinc sakin həlak olub. Ümumilikdə keçmiş Yuqoslaviya ərazisindəki vətəndaş müharibəsində 100 minə yaxın insan ölüb.

R. Mladiç günahını boynuna almayıb və Bosniya serblərinin maraqlarını müdafiə etdiyini söyləyib.

Qeyd edək ki, R. Mladiç 2011-ci ilin mayında Belqradda həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR