Bank Of Baku

Yunanıstanda müvəqqəti hökumətin tərkibi elan olunub

Yunanıstanda müvəqqəti hökumətin tərkibi elan olunub
# 17 may 2012 01:56 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda müvəqqəti hökumətin tərkibi elan olunub. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Ölkənin yeni xarici işlər naziri Petros Moliviatis, maliyyə naziri Georgios Zannias, müdafiə naziri isə Franqos Franqulis təyin olunub. Yeni hökumət sabah and içəcək. İyunun 17-də keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətədək baş nazir vəzifəsini Panayotis Pikramenos icra edəcək.

Xatırladaq ki, mayın 6-da keçirilmiş parlament seçkilərindən sonra qalib gəlmiş partiyalar hökumətin formalaşdırılması məsələsində razılığa gələ bilməyiblər. Bunun ardınca prezident Karolos Papulyas iyunun 17-nə yeni parlament seçkiləri təyin edib.

Uzun müddətdir iqtisadi böhrandan çıxa bilməyən Yunanıstan dünəndən etibarən yeni problemlə üzləşib. Ölkənin avrozonadan çıxarılacağı barədə söz-söhbətlər əhalinin kütləvi şəkildə banklardan pullarını çıxarmasına səbəb olub. Yunanıstan Mərkəzi Bankının məlumatına görə, artıq banklardan 700 milyon avro çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR