Bank Of Baku

Türkiyə və Avropa İttifaqı üzvlüyə dair danışıqları bərpa edib

Türkiyə və Avropa İttifaqı üzvlüyə dair danışıqları bərpa edib
# 18 may 2012 01:49 (UTC +04:00)
Bakı-APA.Türkiyə və Avropa İttifaqı arasında bir neçə illik fasilədən sonra quruma üzvlüklə bağlı danışıqlar bərpa olub.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
Avropa İttifaqının genişlənmə məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Fülenin bildirib ki, danışıqlara yenidən başlanması prosesə fərqli dinamika gətirəcək və münasibətlərin inkişafına impuls verəcək.
Stefan Fele bu açıqlamanı danışıqların bərpasını elan etmək üçün Ankaraya səfərə qəlib. Birgə mətbuat konfransı zamanı Türkiyənin Avropa İttifaqı məsələləri naziri Egemen Bağış və Stefan Fuele bildiriblər ki, danışıqların bərpa edilməsinin əsas məqsədi prosesin inkişafı etdirilməsi və Türkiyənin siyasətinin birliyin siyasətinə yaxınlaşdırılmasından ibarətdir.
Egemen Bağış habelə bildirib ki, prosesdə durğunluq hər iki tərəfin narazılığına səbəb olub.
Türkiyə rəsmiləri prezident Abdulla Gül və Fransa prezidenti Fransua Olland arasında gələn həftə Çikaqoda NATO sammiti çərçivəsində görüş keçiriləcəyini bildiriblər.
Türkiyə və Avropa İttifaqı birliyə üzvlüyə dair danışıqlara 2005-ci ildə başlayıb. Lakin danışıqlarda Kipr problemi, habelə Fransa və Almaniyanın müsəlman Türkiyənin üzvlüyünə etirazına görə durğunluq yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR