Bank Of Baku

Fransua Olland: «Fransa İranla birbaşa danışıqlara başlaya bilər»

Fransua Olland: «Fransa İranla birbaşa danışıqlara başlaya bilər»
# 19 may 2012 02:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. «Fransa İranla danışıqlara hazırdır. Bir şərtlə ki, Tehranın nüvə silahı istehsal etmək imkanları olmasın». APA-nın məlumatına görə, bunu Fransanın yeni prezidenti Fransua Olland deyib. O bildirib ki, İran məsələsində Fransa ilə ABŞ-ın ümumi mövqeyi var: “Biz İranla birbaşa danışıqlara başlaya bilərik. Lakin bunun üçün Tehranın nüvə silahı hazırlamaq imkanlarının olmaması vacibdir”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr mayın 23-də İraqın paytaxtı Bağdadda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR