Bank Of Baku

Marneulidə zibil tullantılarının emalı zavodu istifadəyə verilib

Marneulidə zibil tullantılarının emalı zavodu istifadəyə verilib
# 24 may 2012 04:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Mayın 23-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə Cənubi Qafqazda yeganə olan zibil tullantılarının emalı zavodu istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni müəssisənin açılışında Gürcüstan Ətraf Mühiti Mühafizə Naziri Qoqa Xaçidze, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və digər rəsmilərlə birlikdə alman mütəxəssisləri də iştirak edib. Yeni müəssisə bir hektar sahəni əhatə edir. Müəssisənin tikintisi keçən ildən başlayıb. Məlumata görə, zavodu alman mütəxəssisləri quraşdırıblar. Belə bir müəsisə Almaniyanın Vitsenhauzen şəhərində də fəaliyyət göstərir. APA-nın məlumatına görə, alman mütəxəssisləri yerli sakinləri zavodun iş prosesi ilə yaxından tanış ediblər, eyni zamanda yerli mütəxəssislər Almaniyada olaraq alman ekspertlərinin köməyi ilə zibilin emalı prosesinin necə həyata keçirilməsi ilə tanış olublar.
Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov APA-ya açıqlamasında yeni istifadəyə verilən zavodun böyük əhəmiyyət daşıdığını və təbiətin ekoloji tarazlığını saxlayacağını bildirib. “Bu zavodun Marneulidə açılması bizi çox sevindirib. Çünki biz illərlə Marneuli şəhərinin yaxınlığında yığılıb qalan zibil tullantılarından azad olacağıq. Bölgədə hava daha saf və ekoloji təmizlik olacaq. Zavod emal etdiyi tullantılardan kənd təsərrüfatı üçün lazım olan mineral gübrələr istehsal edəcək. Biz istehsal edilən ilk gübrə məhsulunun çox hissəsini Marneulidəki yerli icarədarlara paylayacağıq. Marneulidə zavod üçün üzvi məhsullar çoxdur. Mütəxəssislərin dediyinə görə, müəssisədə zibil tullantılarından başqa, çürümüş ağac və taxtalar da emal ediləcək. İndən belə kəndlərimizdə zibil tullantıları bu zavod üçün ayrılan sahəyə yığılıb, emal ediləcək.”
İ. Kərimov zavodun tikintisinə bir milyon lari vəsait xərcləndiyini bildirib. Onun dediyinə görə, belə bir zavodun tikintisi yaxın günlərdə Batumidə də başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR