Bank Of Baku

Gürcüstan paytaxtında Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub

Gürcüstan paytaxtında Azərbaycanın Respublika Günü  təntənəli şəkildə qeyd olunub
# 28 may 2012 21:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Azərbaycan səfirliyinin təşəbbüsü ilə Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycanın Gürcüstandakı Bankının, Karat və Akkord şirkətlərinin dəstəyi ilə Gürcüstan paytaxtında Azərbaycanın 28 may- Respublika Günü, Gürcüstanın Müstəqillik Günü və Azərbaycan-Gürcüstan diplomatiyasının 20 illiyi təntənəli şəkildə qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan dövlətinin nümayəndələri, Azərbaycan şirkətləri, səfirlik əməkdaşları, Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri, müxtəlif beynəlxalq təşkilatlar, QHT təşkilatları, jurnalistlər, ziyalılar ulu öndər Heydər Əliyevin Tiflisdəki büstü önünə gül-çiçək və əklil dəstələri qoyublar. Sonra tədbir Tiflisin “Krtsanisi” restoranında davam edib. Bayram tədbirini Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn açaraq bu möhtəşəm bayram münasibətilə Azərbaycan və gürcü xalqını təbrik edərək Azərbaycanın gündən-günə uğurla inkişafından, onun dünyada böyük nüfuza malik bir dövlət olduğundan, ulu öndər Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevin Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq, dostluq və qardaşlıq siyasətini uğurla davam etdirdiyindən və bir neçə gün əvvəl “Eurovision-2012” tədbirində Azərbaycan özünü bütün dünyaya tanıtdığından söhbət açıb. Sonra Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili çıxış edərək hər iki xalqın gələcəyinin parlaq olacağını bildirib. “Mən 28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları təbrik edirəm. Hərdən Bakıda oluram və qardaş Azərbaycanın necə möhtəşəm addımlarla inkişafının şahidi oluram. Azərbaycanda hər sahədə inkişaf gedir. Bu bizi sevindirir.”
Sonra tədbirdə Azərbaycanın görkəmli müğənnilərindən Gülyanaq və Gülyaz Məmmədova bacıları, Gülüstan Əliyeva və Aqşin Abdullayev, eyni zamanda gürcü rəqs qrupu, Rustavidə fəaliyyət göstərən “Cücələrim” folklor uşaq ansamblı rəngarəng proqramlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR