Türkiyə Avropa İttifaqı ilə əlaqələri kəsib

Türkiyə Avropa İttifaqı ilə əlaqələri kəsib
# 08 iyun 2012 01:45 (UTC +04:00)
Bakı-APA. Ankara Avropa İttifaqında Cənubi Kiprin sədrliyi dövründə Brüssellə əlaqələri kəsmək qərarına gəlib. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

«Cənubi Kiprin sədrliyi barədə bizim mövqeyimiz tamamilə aydındır. Türkiyənin heç bir strukturu bu dövrdə Avropa İttifaqı ilə münasibətdə olmayacaq. Lakin bizim Aİ ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə avrokomissar Ştefan Füle ilə əlaqələrimiz saxlanacaq», deyə Davudoğlu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR