NATO-nun bu səhər keçirilən iclasından sonra Böyük Britaniya da daxil olmaqla, 18 Avropa ölkəsi kosmosdan təkmilləşdirilmiş müşahidə üçün ümumi peyk şəbəkə yaratmaq haqqında saziş imzalayıblar.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyi bildirib.
Həmçinin görüş zamanı qeyd edilib ki, Ukrayna beynəlxalq fonddan 200 milyon funt-sterlinq dəyərində dəstək alacaq. Birinci paket dəstəyinə artilleriya sursatları, dəniz kəşfiyyatı, Ukraynanın hazırkı tankları da daxil olmaqla avadanlıqlar üçün ehtiyat hissələri daxil olacaq.