28 dövlət Mark Ruttenin NATO Baş katibi postuna namizədliyini dəstəkləyir

28 dövlət Mark Ruttenin NATO Baş katibi postuna namizədliyini dəstəkləyir
# 03 aprel 2024 17:08 (UTC +04:00)

NATO-ya üzv olan 32 dövlətdən 28-i alyansın Baş katibi postuna Niderlandın hazırkı baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə Niderlandın “NOS TV” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu məsələ alyans ölkələrinin xarici işlər nazirlərinin aprelin 4-dək davam edəcək Brüssel görüşündə aktiv müzakirə olunur.

Siyasi ekspertlər hesab edir ki, bu məsələ ilə bağlı yekun qərarın qəbulu mümkün olmayacaq.

Öz növbəsində Türkiyə, Macarıstan və Slovakiya 57 yaşlı Ruttenin namizədliyinə dəstək verməyəcəklərini bəyan ediblər.

Qeyd edək ki, martın 12-də Rumıniyanın 65 yaşlı prezidenti Klaus Yohannis də alyansa rəhbərlik etmək iddiasında olduğu barədə açıqlama verib.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR