İşğal altındakı Abxaziyadan Gürcüstanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edən 4 nəfər Enquri çayında batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, xilasedicilər çayda batanlardan üçünün meyitini Enquri çayının Zuqdidi bələdiyyəsinin Şamqona kəndi yaxınlığından keçən hissəsində tapıb, itkin düşən dördüncü şəxsin axtarışları isə davam etdirilir.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin azadlıqdan qanunsuz məhrumetmə və intihara təhrik maddələri üzrə cinayət işi başlanıb.