Almaniyada son sutka ərzində daha 1775 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə xəstəliyə yoluxanların sayı 141 672 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, Almaniyada son sutka ərzində 110 nəfər koronavirusdan vəfat edib. Ölkədə xəstəlikdən ölənlərin sayı 4404 nəfərə yüksəlib.
Almaniyada koronavirusdan sağalanların sayı 91,5 min nəfərdir.