Avropa Komissiyası koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə yay aylarına qədər Avropa İttifaqı ölkələrinin (Aİ) əhalisinin ən azı 70%-nin peyvənd edilməsini tövsiyə edib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının pandemiyaya qarşı mübarizəni gücləndirmək üçün tövsiyə etdiyi tədbirlərdən ibarət sənəddə qeyd olunub.
Bildirilib ki, Aİ-yə üzv ölkələrin hökumətləri peyvənd kampaniyalarının sürətinə və peyvənd olunacaq prioritet qruplara özləri qərar verir. Avropa Komissiyası Aİ-yə üzv ölkələrin yay aylarına qədər əhalinin 70%-ni peyvənd olunmasını tövsiyə edib və bildirib ki, bu, təxminən 200 milyondan çox insanın peyvənd olunması deməkdir.