Fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək ATƏT müşahidə missiyasının rəhbəri təyin olunub.
APA-nın xəbərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Artur Gerasimovu bu seçkilər üçün Xüsusi Əlaqələndirici və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri təyin edib.