Böyük Britaniyanın Baş naziri Boris Conson Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filipin vəfatı ilə bağlı başsağlığı verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Baş nazir Şahzadə Filipin vəfatından kədərləndiyini bildirib.
O, Şahzadə Filipi təbiətsevər insan kimi xarakterizə edib.
“Təqaüd proqramı sayəsində o saysız-hesabsız gənclərin həyatını formalaşdırıb, onlara ilham verib, onları ambisiyalı olmağa təşviq edib”, - deyə Baş nazir vurğulayıb.
Boris Conson qeyd edib ki, Şahzadə Filip kraliça II Elizabetə verdiyi möhkəm dəstəyə görə həmişə xatırlanacaq.