Britaniya Xarici İşlər naziri İsrail və Fələstin rəhbərliyi ilə görüşəcək
24 avqust 2020 16:10 (UTC +04:00)
Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab İsrailə və Fələstinə səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Britaniya XİN-in rəsmi saytında məlumat verilib.
Bu gün İsrailə səfər edəcək Dominik Raab səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Qabi Aşkenazi, Müdafiə naziri Benni Qantz və Baş nazir Benyamin Netanyahu ilə görüşlər keçirəcək.
Britaniya XİN bildirib ki, nazir Raab keçirdiyi görüşlərdə Britaniyanın İsrailin təhlükəsizliyini qəti şəkildə dəstəklədiyini, həm İsrail, həm də Fələstinin təhlükəsizliyi və ədalət üçün "iki dövlət" həll yolunun zəruriliyini vurğulayacaq. O, həmçinin İsrail-Fələstin dialoqunun bərpası üçün çağırış edəcək.
Səfər öncəsi açıqlama verən Dominik Raab deyib ki, Britaniya İsrailin təhlükəsizliyinə və sabitliyinə sadiqdir: "İsrail ilə BƏƏ arasındakı münasibətlərin son zamanlarda normallaşması bütün region üçün vacib məqam idi. İsrailin İordan çayının Qərb sahilini ilhaq etməsini təxirə salması daha dinc Yaxın Şərq üçün doğru və vacib bir addımdır. Bu yeni dinamikanın üzərindən davam etmək vacibdir və nəticədə yalnız İsrail hökuməti və Fələstin rəhbərliyi davamlı sülhün təmin edilməsi üçün tələb olunan "iki dövlət" həlli barədə danışıqlar apara bilər".
Dominik Raab Ramallahda Fələstin rəhbərliyi, Prezident Mahmud Abbas və Baş nazir Məhəmməd Ştayeh ilə görüşəcək.
Avropa
İtaliyada kanalizasiya şəbəkəsində işləyən 5 fəhlə qazdan zəhərlənərək ölüb
08:46
7 may 2024
Şolts: Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin 90%-ni Ukrayna üçün istifadə etməyə razılaşıb
06:57
7 may 2024
Amsterdamda naməlum şəxslər Fələstin tərəfdarlarına hücum edib
05:56
7 may 2024
Britaniya Putinin andiçmə mərasiminə nümayəndə göndərməyəcək
04:50
7 may 2024