Böyük Britaniyada son sutka ərzində koronavirusa 1522 yoluxma halı qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, iyunun 12-dən bəri müşahidə edilən rekord sayda artımdır.
Qeyd edək ki, son bir gündə ölüm sayı 12 nəfər olub.
Ümumilikdə isə ölkə üzrə 330 368 yoluxma, 41 477 ölüm hadisəsi baş verib.