Böyük Britaniyada son sutka ərzində 980 nəfər koronavirusdan ölüb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Matt Hankok hökumətin koronavirusla bağlı keçirdiyi gündəlik brifinqdə məlumat verib.
O deyib ki, Britaniyada koronavirusdan ölənlərin sayı 8958 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı isə son sutka ərzində 5195 nəfər artaraq 70 272 nəfər olub.
***
Saat 17:54
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 8114 nəfərə çatıb.
APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Səhiyyə Xidməti məlumat yayıb.
Son sutka ərzində İngiltərədə 866 nəfər koronavirusdan vəfat edib. Ölənlər 27-100 yaş aralığında olan şəxslərdir.
Şotlandiyanın Baş Naziri son sutka ərzində ölkəsində 48 nəfərin vəfat etdiyi açıqlayıb. Bununla da Şotlandiyada COVID-19 virusundan ölənlərin sayı 495 nəfərə yüksəlib. Uelsdə son 24 saat ərzində 29 nəfər ölüb ki, bununla da indiyədək koronavirusdan ölənlərin sayı 315-ə çatıb.
Şimali İrlandiyada isə son sutka ərzində 10 ölüm halı qeydə alınıb və bu günədək ölənlərin sayı 92-yə çatıb.