Böyük Britaniyada son sutka ərzində 2763 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 367 291 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 927 nəfərə çatıb.