Böyük Britaniyada son sutka ərzində 373 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 112 465 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 15 845 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 945 680 nəfərdir.