Bank Of Baku

Britaniyada son sutkada 6187 nəfərdə koronavirus aşkar olunub

Britaniyada son sutkada 6187 nəfərdə koronavirus aşkar olunub
# 26 mart 2021 20:38 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 6187 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 325 315 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 70 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 515 nəfərə çatıb.

Xatırladaq ki, Britaniyada koronavirusa qarşı vaksinin ilkin dozasını qəbul edənlərin sayı 29 milyonu keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR