Bank Of Baku

Çexiyada propan-butan qazı daşıyan qatar digər yük qatarı ilə toqquşub, ölən var

Çexiyada propan-butan qazı daşıyan qatar digər yük qatarı ilə toqquşub, ölən var
# 04 aprel 2021 20:36 (UTC +04:00)

Çexiyada iki yük qatarı toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində qatarların sürücülərindən biri yaralanıb, digəri isə yerindəcə ölüb.

Ölən sürücünün qatarına propan-butan qazı yükləndiyindən qəza zamanı zərbənin gücündən alov başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. 

Yaralı sürücü xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR