Bank Of Baku

Fransada koronavirusa yoluxanların sayı 130 minə yaxınlaşır

Fransada koronavirusa yoluxanların sayı 130 minə yaxınlaşır
# 29 aprel 2020 01:32 (UTC +04:00)

Fransada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 130 min nəfərə yaxınlaşır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi bildirib.

“Martın 1-dən bu yana 23 660 ölüm faktını qeydə almışıq, onlardan 14 810 nəfər – xəstəxanalarda, 8850 nəfər – qocalar evində və tibbi-ictimai müəssisələrdə baş verib”, - idarədən belə deyilib.

Ölkədə qeydə alınan ümumi yoluxma hallarının sayı 129 859 nəfərdir. COVID-19 diaqnozu qoyulmuş 27 484 nəfər hazırda xəstəxanadadır, gün ərzində 1321 nəfər də xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 4387 nəfər koronaviruslu xəstə var, onlardan 153 nəfərin vəziyyəti ağırdır.

Eyni zamanda, epidemiyanın başlanğıcından xəstəxanalardan 46 886 nəfər evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR