Bank Of Baku

Gürcüstan vətəndaşlarının Çinin Uhan vilayətindən təxliyəsi üçün Türkiyə ilə danışıqlar aparır

Gürcüstan vətəndaşlarının Çinin Uhan vilayətindən təxliyəsi üçün Türkiyə ilə danışıqlar aparır
# 30 yanvar 2020 14:52 (UTC +04:00)

Gürcüstan koronavirusun yayıldığı Çinin Uhan vilayətindəki vətəndaşlarını təxliyə etmək üçün Türkiyə ilə danışıqlar aparır. 

APA-nın yerli bürosu xəbər verir ki, faktı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin məlumatında bildirilib ki, bölgədə hazırda 7 Gürcüstan vətəndaşı var.

“Hazırda Gürcüstan vətəndaşlarının Türkiyə təyyarəsi ilə Uhan vilayətindən təxliyə edilməsi barədə Türkiyə tərəfi ilə aktiv iş aparırıq”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə KİV Türkiyə təyyarəsinin Gürcüstan vətəndaşları da daxil olmaqla 50 sərnişini Çinin Uhan vlayətindən təxliyə edəcəyi barədə məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR