Gürcüstana yeni növ koronavirus əleyhinə 100 min doza Çin istehsalı “Snopharm” vaksini çatdırılıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, vaksinlər bu gün səhər xüsusi aviareyslə Tbilisi Hava Limanına gətirilib. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, vakinslərin ölkədə tətbiqinə ÜST-ün təsdiqləməsindən sonra başlanılacaq.
Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə ölklədə yalnız “AstraZeneca” və “Pfizer” vaksinlərindən istifadə olunur.