Bank Of Baku

Gürcüstanda ilin sonunadək əhalinin 60%-nə peyvənd vurulacaq

Gürcüstanda ilin sonunadək əhalinin 60%-nə peyvənd vurulacaq
# 21 yanvar 2021 11:23 (UTC +04:00)

Gürcüstanda 2021-ci ilin sonunadək əhalinin 60 faizinə koronavirus əleyhinə vaksin vurulacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, peyvənd proqramının həyata keçirilməsi üçün milli plan bu gün təsdiqlənəcək.

Baş nazir peyvəndin ilk növbədə səhiyyə işçilərinə və risk qrupu sayılan vətəndaşlara, yaşı 75-dən çox olanlara vurulacağını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR